Bank Of Baku

«Günay Sığorta» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb

«Günay Sığorta» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb
# 13 aprel 2012 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Bakı Fond Birjasında (BFB) «Günay Sığorta» ASC-nin yeni səhm emissiyasının yerləşdirilməsinə başlanılıb.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 650 ədəd, emissiyanın ümumi həcmi isə 650 min manat təşkil edir. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Standard Capital» MMC çıxış edir. Yerləşdirmə başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 18,3% artaraq 4,2 mln. manata çatacaq.

Xatırladaq ki, «Günay Sığorta» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkət əvvəllər xarici kapitallı yerli hüquqi şəxs formasında fəaliyyət göstərib. Belə ki, şirkətin nizamnamə kapitalının 51%-ni yerli, 49%-ni xarici kapital təşkil edib. Lakin nizamnamə kapitalında edilən dəyişikliyə əsasən, şirkət 100%-li yerli şirkətə çevrilib. Hazırda şirkətin səhmdarları sırasına «Günaybank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) daxildir. Cari ilin yanvarın 1-nə «Günay Sığorta»nın nizamnamə kapitalı 3,550 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR