Bank Of Baku

«Thames Insurance Group» nizamnamə kapitalını kəskin artırır

«Thames Insurance Group» nizamnamə kapitalını kəskin artırır
# 13 aprel 2012 14:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Thames Insurance Group» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 250 min ədəd, emissiyanın ümumi həcmi isə 5 mln. manat təşkil edir. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Chelsea Capital» MMC çıxış edəcək. Yerləşdirmə BFB vasitəsilə keçiriləcək ki, bu proses başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 6 dəfə artaraq 6 mln. manata çatacaq.

Qeyd edək ki, «Thames Insurance Group» 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR