Bank Of Baku

Gələn həftə Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün növbəti imtahan keçiriləcək

Gələn həftə Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün növbəti imtahan keçiriləcək
# 14 aprel 2012 07:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin aprel ayının 17-də Azərbaycanın Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün növbəti test imtahanı keçiriləcək.
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən (DSNX) «APA-Economics»ə verilən məlumata görə, sənədləri DSNX-yə tam olaraq təqdim olunmuş şəxslər bu ilin aprel 16-dək Dövlət Sığorta Nəzarəti Xidmətinə e-mail ([email protected]) vasitəsilə əlaqə saxlayaraq adı soyadı və atasının adı tam göstərilməklə imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər.
Qeyd edək ki, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanununun müvafiq maddəsinin tələbinə, həmçinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi qaydaları»na uyğun keçirilir.




.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR