Bank Of Baku

G20 ölkələri BVF-nin kredit potensialını 400-500 mlrd. dollar artıra bilər

G20 ölkələri BVF-nin kredit potensialını 400-500 mlrd. dollar artıra bilər
# 16 aprel 2012 07:47 (UTC +04:00)
Bakı - APA-Economics. “Böyük 20-lik” ölkələri avrozonadakı borc böhranı ilə mübarizə məqsədilə yaxın vaxtlarda Beynəlxalq Valyuta Fondunun (BVF) kredit potensialını 400-500 mlrd. dollar artıra bilərlər.

APA-Economics”in xəbərinə görə, konkret məbləğ avrozonaya daxil olmayan Avropa ölkələrinin, eləcə də dünyanın digər nəhəng iqtisadiyyatlarının prosesdə iştirak səviyyəsindən asılı olacaq.

Ekspertlərin fikrincə, Avropa Mərkəzi Bankı banklara güzəştli kreditlər verməklə uzunmüddətli təkrar maliyyələşdirmə əməliyyatları həyata keçirdiyindən, BVF ehtiyatlarını tamamlamaq üçün daha az vəsaitə ehtiyac duyur.

Qeyd edək ki, bu ay BVF rəhbəri Kristin Laqard sənaye ölkələrinə müraciət edərək, onları böhranlarla effektiv mübarizə aparmaq üçün fondun resurslarını artırmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR