Bank Of Baku

Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlanıb

Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlanıb
# 16 aprel 2012 08:26 (UTC +04:00)
APA-Economics”-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. Azərbaycan tərəfdən komissiyaya maliyyə naziri Samir Şərifov, ABŞ tərəfdən isə dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormats rəhbərlik edir.

Qeyd edək ki, R.Hormats bir qədər əvvəl verdiyi açıqlamada ABŞ-ın Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq səylərini dəstəklədiyini bəyan edib.

ABŞ dövlət katibinin müavini qeyd edib ki, Azərbaycan iqtisadiyyatı 2004-cü ildən bəri 3 dəfə artıb: “Dünya bankının statistikasına əsasən, ölkədə yoxsulluq 2003-cü ildəki 49%-dən 2009-cu ildə 9%-dək azalıb. Azərbaycan 2011-ci ildə ABŞ-dan 328 mln. dollar həcmində mal idxal edib ki, bu da 2010-cu ildəki göstəricidən 30% çoxdur”.

Xatırladaq ki, İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının 1-ci iclası 2007-ci ildə Bakıda, 2008-ci ildə isə Vaşinqtonda keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR