Bank Of Baku

Azərbaycanın könüllü daşınmaz əmlak sığortası bazarı I rübdə 25% artıb

Azərbaycanın könüllü daşınmaz əmlak sığortası bazarı I rübdə 25% artıb
# 16 aprel 2012 09:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda daşınmaz əmlakın könüllü sığortası üzrə 5,496 mln. manatlıq sığorta haqqı yığılıb ki, bu da ötən ilin müvafiq dövründəki yığımlardan 25% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya görə, könüllü əmlak sığortası sahəsində ən çox sığorta haqqı «Əmlakın yanğından və digər risklərdən sığortası» (5,350 mln. manat) növü üzrə toplanılıb ki, bu da əmlak sığortası üzrə məcmu yığımların 77%-ni, könüllü əmlak sığortası üzrə daxilolmaların isə 97%-ni təşkil edir.

Hesabat dövründə könüllü əmlak sığortası üzrə sığorta hadisələrinə görə verilən ödənişlərin həcmi 33% azalaraq 296,479 min manat olub.

Bununla yanaşı, car ilin I rübündə icbari əmlak sığortası üzrə 1,439 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bunun da 1,381 mln. manatı və ya 96%-i «Daşınmaz əmlakın icbari sığortası», 58,186 min manatıvə ya 4%-i isə «Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası» növlərinin payına düşüb. Qeyd edək ki, icbari əmlak sığortası üzrə yığımların həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 32,3% az olub. Bu ilin yanvar-mart ayında icbari əmlak sığortası üzrə heç bir ödəniş aparılmayıb.

Bazarda əmlak sığortası üzrə ən çox yığım «AXA-Mbask», «Atəşgah Sığorta», «Standard Insurance», «Azərsığorta», «AzSığorta» və Beynəlxalq Sığorta Şirkətinin payına düşüb.

Xatırladaq ki, 2012-ci ilin yanvar-mart aylarında Azərbaycanda sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 81,638 mln. manat, ödənişlərin həcmi isə 16,60 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR