Bank Of Baku

Azərbaycanda torpaqların dövlət ehtiyacları üçün alınmasına görə kompensasiya vergidən azad olunacaq

Azərbaycanda torpaqların dövlət ehtiyacları üçün alınmasına görə kompensasiya vergidən azad olunacaq
# 16 aprel 2012 12:36 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanda torpaqların dövlət ehtiyacları üçün alınması zamanı ödənilən kompensasiya gəlir vergisindən azad ediləcək. APA-nın məlumatına görə, Vergilər Məcəlləsinə müvafiq dəyişikliyin Milli Məclisin aprelin 20-də keçiriləcək iclasında qəbul olunacağı gözlənilir.

İnzibati Xətalar Məcəlləsinə isə yeni maddə əlavə ediləcək. Belə ki, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» qanuna müvafiq olaraq alınan torpağa daxil olmaq və ya onun üzərində sahibliyin əldə olunması ilə bağlı digər hərəkətləri həyata keçirmək səlahiyyəti verilmiş hər hansı şəxsi təhqir etməyə və ya səlahiyyətlərinin həyata keçirilməsinə mane olmağa, yaxud əngəl törətməyə və ya belə əməllərə yardım göstərməyə, yaxud təhrik etməyə görə fiziki şəxslər 50 manat miqdarında, vəzifəli şəxslər 100 manat miqdarında, hüquqi şəxslər 200 manat miqdarında cərimə ediləcək.

Rayon (şəhər) məhkəmələri əlavə olunan yeni maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR