Bank Of Baku

Azərbaycan və Hindistan arasında mülki və kommersiya məsələləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə imzalanıb - FOTOSESSİYA

Azərbaycan və Hindistan arasında mülki və kommersiya məsələləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə imzalanıb - <font color=red>FOTOSESSİYA</font>
# 16 aprel 2012 13:47 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, komissiyanın Azərbaycandan olan həmsədri Hüseynqulu Bağırov ilk iclasın 2009-cu ilin aprelində Nyu Dehlide keçirilməsini xatırladıb. O qeyd edib ki, Azərbaycan tərəfi iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün əlindən gələni əsirgəməyəcək.

Nazir Azərbaycanın son 10 ildə əldə etdiyi uğurlar və ölkə iqtisadiyyatının inkişafı barədə məlumat verib. Bildirib ki, bu ilin I rübündə Azərbaycanın qeyri-neft sektoru 16%-dən çox artıb. Onun sözlərinə görə, 2011-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2010-cu ilə nisbətən 22% artaraq 411 mln. dollardan çox olub, o cümlədən idxal 44,7 mln. dollar, ixrac 366 mln. dollar təşkil edib.

Bu ilin ilk iki ayı ərzində Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 68% artaraq 157 mln. dollar, o cümlədən idxal 17,7 mln. dollar, ixrac 139,7 mln. dollar olub: “Azərbaycan və Hindistan turizm, alternativ enerji, informasiya texnologiyaları, əczaçılıq sahələrində əməkdaşlığı genişləndirə bilər”.

Azərbaycan və Hindistan arasında uzunmüddətli münasibətlərdən danışan Hindistanın ticarət və sənaye üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Ciotiraditya Şindiya qeyd edib ki, bu əlaqələr daha da inkişaf etdirilməlidir. Öz ölkəsinin iqtisadi imkanlarından söz açan həmsədr Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq edə biləcəklərini vurğulayıb. Nazir iki ölkə arasında biznes sazişlərinin imzalanmasını, o cümlədən ikiqat vergitutmanın aradan qaldırılmasını təklif edib.

İclasda iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın statusu nəzərdən keçirilib, investisiya, nəqliyyat, enerji, gübrə, maliyyə, mədəniyyət, əczaçılıq, kənd təsərrüfatı, heyvandarlıq, rabitə və informasiya texnologiyaları, kimya, ətraf mühitin mühafizəsi kimi sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

İclas çərçivəsində mülki və kommersiya məsələləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə imzalanıb. İclasın sonunda yekun protokol və “Azərbaycan və Hindistan hökumətləri arasında hava əlaqəsi haqqında saziş”in imzalanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR