Bank Of Baku

Azərbaycan prezidenti Hindistanın ticarət və sənaye nazirini qəbul edib

Azərbaycan prezidenti Hindistanın ticarət və sənaye nazirini qəbul edib
# 16 aprel 2012 14:39 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Hindistanın ticarət və sənaye naziri, Azərbaycan-Hindistan ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın həmsədri Cyotiraditya Sindianı qəbul edib.

APA-Economics”in xəbərinə görə, Cyotiraditya Sindia Hindistan prezidenti Pratibha Patilin və baş nazir Manmohan Sinqxin salamlarını dövlət başçısına çatdırıb. İki ölkə arasında əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini deyən hindistanlı nazir iqtisadi və mədəni sahələrdə əlaqələrimizin qədim tarixə malik olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan-Hindistan ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın sessiyasının keçirilməsinin iqtisadi sahədə əlaqələrimizin genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi üçün yaxşı fürsət yaratdığını deyib. O, Azərbaycanla Hindistan arasında informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, əczaçılıq, enerji, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Dövlət başçısı ölkələrimizin tərəfdaşlıq münasibətlərini xalqlarımız arasında əsrlər boyu mövcud olan tarixi əlaqələr əsasında qurmağın önəmini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR