Bank Of Baku

AYİB Azərbaycan bankına 15 mln. dollar kredit ayırıb

AYİB Azərbaycan bankına 15 mln. dollar kredit ayırıb
# 17 aprel 2012 07:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda fəaliyyət göstərən «Access Bank»a 15 mln. ABŞ dolları həcmində 5 illik kredit ayırıb. AYİB-dən «APA-Economics»ə verilən məlumata görə, kredit ölkədə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün əlavə fondlaşmaya yönəldiləcək.

AYİB-in Azərbaycandakı rezident ofisinin başçısı Neyl Makkeynin sözlərinə görə, Bankın Azərbaycanın maliyyə sektorunda fəaliyyətinin əsas vəzifəsi məhz kiçik və orta biznesə və regional inkişafa dəstək verməkdir. «Accessbank»ın İdarə Heyətinin sədri Endryu Pospiyelovski isə qeyd edib ki, bu kredit AYİB ilə bank arasında olan sıx əməkdaşlığın daha bir sübutudur.

Qeyd edək ki, AYİB-in Azərbaycanda müxtəlif sahələrdə 120 layihələr üzrə ümumi kredit portfeli 1,5 mlrd. dollara bərabərdir.

Xatırladaq ki, «Access Bank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR