Paşha Bank
Bank Of Baku

9 ayda azad olunmuş ərazilərə 1,8 mlrd. manata yaxın vəsait ayrılıb

9 ayda azad olunmuş ərazilərə 1,8 mlrd. manata yaxın vəsait ayrılıb
# 29 oktyabr 2026 11:20 (UTC +04:00)

Bu ilin ilk 9 ayında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında 1 milyard 761,4 milyon manat vəsait istifadə olunub.

"APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Həmin vəsaitin 891,8 milyon manatı su təsərrüfatı, meliorasiya, istilik təchizatı, nəqliyyat, kommunal infrastrukturlarının tikintisinə və yenidən qurulmasına, 692,5 milyon manatı təhsil, səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 177,1 milyon manatı isə müdafiə, hüquq-mühafizə və digər təyinatlı obyektlərin tikintisi və təmiri tədbirləri üzrə xərclərə yönəldilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR