Bank Of Baku

ABA-nın sədri: "Əsas məqsəd internet bank xidmətlərinin dəyərinin aşağı salınmasıdır"

ABA-nın sədri: "Əsas məqsəd internet bank xidmətlərinin dəyərinin aşağı salınmasıdır"
# 02 mart 2020 11:17 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən bankların 27-si internet bank xidmətlərini təqdim edir.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən II "Syber Week 2020" beynəlxalq konfransda çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, hazırda qarşıda duran ən mühüm və mürəkkəb məsələlərdən biri tətbiq edilən yeni texnologiyaların maya dəyərinin endirilməsi və bu yolla müştərilərə təqdim edilən xidmətlərin dəyərinin aşağı salınmasıdır: "Hazırda bütövlükdə maliyyə sektorunun və eyni zamanda iqtisadiyyatın qarşısında duran ən mühüm problem məsələlərdən biri məhz təqdim edilən bu xidmətlərin maya dəyərinin aşağı salınması və təkcə şəhər tipli yerlərdə deyil, həmçinin ən ucqar bölgələrdə belə bu xidmətləri aşağı qiymətə müştərilərə və iqtisadi subyektlər təqdim etməkdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR