Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.
AMB-dən “APA-Economics”ə verilən məlumata görə, bu gün Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 632,7 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil edib.
Nəticədə, hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.