Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə keçirilmiş valyuta hərracındakı tələb dünənki tarixdə keçirilmiş hərracın tələbi ilə müqayisədə 168,2 mln. ABŞ dolları və ya 52% azalaraq 155 mln. dollar təşkil edib.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı həmçinin bankların nağd valyutaya olan tələbləri də tam təmin olunub.