Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə dövriyyədə olan notlarının həcmi 700 mln. manat təşkil edir.
“APA-Economics”in AMB-yə istinadən verdiyi məlumata görə, not üzrə faiz dərəcəsi həftə ərzində 0,25 faiz bəndi, ilin əvvəlindən isə 1,25 faiz bəndi azalaraq 6,51%-ə enib.
Qeyd edək ki, bu günə dövriyyədə olan notların həcmi ilin əvvəli ilə müqayisədə 30,6%, mayın 3-ü ilə müqayisədə 17,9% azalıb, həftə ərzində isə dəyişməz qalıb.