“Mayın 7-nə olan məlumata əsasən, 549 mln. manat məbləğində 48 min kredit üzrə restrukturizasiya üçün müraciət olunub”.
“APA-Economics”in verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
“Müraciətlərin də 91%-i biznes, 4%-i ipoteka kreditləri ilə bağlıdır. Bu tarixə müraciətlərin məbləğinin 37%-i üzrə 200 mln. manatdan çox vəsait restrukturizasiya olunub. İstehlak kreditləri üzrə 35 mln. müraciət daxil olub və onların 29 mln. manatı icra olunub”, - deyə AMB-nin sədri bildirib.