Paşha Bank
Bank Of Baku

Mərkəzi Bank pul siyasətində süni intellektdən istifadəni genişləndirməyi planlaşdırır

Mərkəzi Bank pul siyasətində süni intellektdən istifadəni genişləndirməyi planlaşdırır
# 16 oktyabr 2026 18:22 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı proqnozlaşdırma imkanlarını təkmilləşdirmək məqsədilə məlumat analitikası və süni intellektdən istifadəni prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib.

“APA-Economics” xəbər verir ki, bunu AMB sədri Taleh Kazımov “Global Finance” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu istiqamət pul siyasəti çərçivəsinin modernizasiyası üzrə əsas prioritetlər sırasındadır.

T. Kazımov qeyd edib ki, Mərkəzi Bank eyni zamanda faiz dərəcələrinin bazar faizlərinə ötürücülüyünü gücləndirməyi və AZIR-ə istinad edən maliyyə alətlərinin çeşidini genişləndirməyi nəzərdə tutur.

AMB sədri bildirib ki, bu tədbirlər kapital və pul bazarlarının dərinləşdirilməsinə, pul siyasətinin effektivliyinin artırılmasına xidmət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR