Bank Of Baku

AMB uçot dərəcəsini endirib

AMB uçot dərəcəsini endirib
# 19 iyun 2020 16:14 (UTC +04:00)

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25%-dən 7%-ə endirilməsi haqqında qərar qəbul edib. 

Bu barədə "APA-Economics"ə AMB-dən bildirilib.

Faiz dəhlizinin aşağı həddi 6,5%, faiz dəhlizinin yuxarı həddi isə 7,5% səviyyəsində müəyyən edilib.

Məlumatda deyilir ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın elan edilən hədəf intervalında saxlanılması, maliyyə sabitliyinin qorunması və iqtisadi aktivliyin dəstəklənməsi prioritetləri arasında optimal balansın qorunmasına yönəldiləcək.

Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il iyul ayının 30-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, 1 may 2020-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,25% və faiz dəhlizinin aşağı həddinin 6,75% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8%-ə endirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR