Bu ilin yanvar-mart aylarında Azexport.az portalına 147,7 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2% azdır.
Cari ilin mart ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 44,8 mln. dollar təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 36,6% artıb.
Bu ilin mart ayında Azexport.az portalına ən çox ixrac sifarişi kartof, soğan, pomidor, tibbi tənzif, alma, sarımsaq, tütün, pambıq yağı, zəncəfil, mineral su, şərab, qənnadı məhsulları, çay, yumurta, nar şərabı, mebel, fındıq, tikinti materialı, boya, kosmetik vasitə, metal konstruksiya, bal, mebel dəsti və s. mallara daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 mart tarixinə kimi (39 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 732,5 mln. dollar təşkil edib.