Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) 2019-cu ildə 9,935 mln. ABŞ dolları həcmində ixrac müqavilələrinin imzalanmasına dəstək olub.
"APA-Economics"in məlumatına görə, bunu Azpromo-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev Fondun 2019-cu ildəki fəaliyyətinə və "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, son 4 ildə təxminən 17 mln. dollar ixracın təşviqinə yönəldilib.
Y. Abdullayev həmçinin bildirib ki, Azpromo 2019-cu ildə 188 tədbir və ikitərəfli görüş keçirib. Bu tədbirlərin 48-i xaricdə, 140-ı isə Azərbaycanda keçirilib. Biznes forumlara gəldikdə isə Yusif Abdullayev bildirib ki, ötən il 22 biznes forum təşkil olunub ki, onlardan 5-i xaricdə baş tutub.