Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı sahibkarlara həsr olunmuş video-çarxı təqdim edib - VİDEO

Azərbaycan Beynəlxalq Bankı sahibkarlara həsr olunmuş video-çarxı təqdim edib - VİDEO
# 06 mart 2020 12:25 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankı cəmiyyətdə kiçik və orta sahibkarın işgüzar imicinin formalaşdırılması, iş adamlarının mənəvi motivasiyası məqsədilə maraqlı bir imic çarxını bu gün izləyicilərə təqdim edib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, “Böyüməyə layiqsiniz!” devizi üzərində qurulmuş imic video-çarxı uğurlu sahibkar olmaq üçün zəruri mənəvi keyfiyyətləri vurğulayır. Sahibkar olmağın sosial məsuliyyətini, inanma və başqalarını da inandırma, komanda qurma bacarığını diqqətə çatdırır. Eyni zamanda, biznesini böyütməyə can atan hər bir sahibkarın zəhmət, məsuliyyət hissi, komandasının və etibarlı tərəfdaşlarının köməyi ilə öz hədəflərinə çata biləcəyini göstərir.

İmic video-çarxının aşıladığı əsas ideya isə bundan ibarətdir ki, işində uğur qazanmaq istəyən hər bir sahibkar sağlam inkişaf ekosisteminin işlək bir parçası olmağa çalışmalıdır. Əgər həmin biznes subyekti özü də fəaliyyətini sağlam meyarlar əsasında qurubsa, bu ekosistem onun getdikcə böyüyüb inkişaf etməsinə şərait yaradacaq.

Qeyd edək ki, Azərbaycanda qeyri-neft sektorunun, kiçik və orta biznesin inkişafı dövlətin əsas prioritetlərindəndir. Müasir dövlət bankı olaraq Azərbaycan Beynəlxalq Bankı da kiçik və orta biznesdə bazar mövqelərinin genişləndirilməsini strateji hədəflərindən elan edib. Bank bu hədəfə ölkənin ayrı-ayrı regionlarında sahibkarlıq layihələrinin maliyyələşdirilməsi, məhsul və xidmət şərtlərinin daha sərfəli edilməsi, risk mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlar üçün innovativ həllərin yaradılması, bu sektorda işgüzar əlaqələrin gücləndirilməsi və digər bu kimi addımlar hesabına nail olmağı məqsəd qoyub. Bu gün təqdim edilən imic çarxı da bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR