Azərbaycan Beynəlxalq Bankı 8 mart Beynəlxalq Qadınlar günü və Novruz bayramı münasibətilə mart ayı ərzində ödəniş kartlarında müxtəlif endirim kampaniyaları elan edib.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, 6-19 mart tarixlərində bankın müştəriləri "Tamkart VISA Classic" və "Tamkart Mastercard Standard" kartlarını pulsuz, "Tamkart VISA Gold" və "Tamkart MC Gold" kartlarını isə 50% endirimlə (15 manat) ala biləcəklər.
Bankın start verdiyi daha bir kampaniya da "Tamkart"la aparılan taksit əməliyyatlarına aiddir. 6-31 mart tarixlərində "28 Mall", "Park Bulvar" və "Gənclik Mall" ticarət mərkəzlərində yerləşən partnyor mağazalarda "Tamkart"la aparılmış taksit əməliyyatları zamanı əlavə 2 ay taksit tətbiq olunacaq.
Bundan başqa, 7-10 mart tarixlərində bütün "Tamkart" kredit kart məhsulları vasitəsilə gül mağazaları, kafe və restoranlarda nağdsız ödənişlər zamanı kart sahiblərinə əməliyyat məbləğinin 3%-i miqdarında keşbək ödəniləcək.