Bank Of Baku

Azərbaycan beş ayda 722 mln. dollarlıq qeyri-neft məhsulları ixrac edib

Azərbaycan beş ayda 722 mln. dollarlıq qeyri-neft məhsulları ixrac edib
# 16 iyun 2020 15:47 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan 721 456,44 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qeyri-neft ixracında ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% və ya 65 154,69 min dollar həcmində azalma müşahidə olunub.

Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində Azərbaycandan ümumilikdə 6 971 926,29 min dollar dəyərində (hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb) 2 050 çeşiddə mal ixrac olunub. Beləliklə, bu ilin ilk beş ayı ərzində ölkənin cəmi ixracının 10,35%-ni qeyri-neft sektoru əhatə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR