Bu ilin iyun ayının 1-nə Azərbaycanın bank sektorunun kredit qoyuluşları 14 361 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu göstərici son bir ayda 381,2 mln. manat və ya 3,6% azalıb.
Ötən ilin analoji dövrü ilə müqayisədə isə kredit qoyuluşlarının həcmi 1 499,6 mln. manat və ya 11,7% artıb.