Bank Of Baku

Azərbaycan regionlarının kreditləşməsi 29% artıb

Azərbaycan regionlarının kreditləşməsi 29% artıb
# 02 mart 2020 14:16 (UTC +04:00)

Azərbaycanda regionlara kredit qoyuluşunun bu il fevralın 1-nə 2 976 040 min manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, regionlara kredit qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 671 202 min manat və ya 29% artıb.

Eyni zamanda, bu müddətdə cəmi kredit qoyuluşunda regionların xüsusi çəkisi 17,9%-dən 19,7%-ə yüksəlib.

Qeyd edək ki, 1 fevral 2020-ci il tarixinə əsasən maliyyə və kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 15 116 363 min manat təşkil edib. Kreditlərin də 12 140 323 min manatını Bakı şəhəri əhatə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR