Bank Of Baku

Azərbaycan yeyinti məhsullarının idxalını 3%-dən çox azaldıb

Azərbaycan yeyinti məhsullarının idxalını 3%-dən çox azaldıb
# 14 may 2020 11:16 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 513 845,20 min ABŞ dollarına bərabər olub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, cari ilin ilk dörd ayında yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 3,1% azdır.

Ümumiyyətlə, yanvar-aprel aylarında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 15,2% təşkil edib.

Hesabat dövründə ölkəyə 29 339,34 min dollar dəyərində 16 307,50 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 23,3% artsa da, həcm göstəricisi üzrə isə 2,2% azalıb.

Cari ilin yanvar-aprel ayları ərzində ölkəyə 5 698,06 min dollar dəyərində (artım 51,2%) 3 239,35 ton (artım 18,5%) süd idxal olunub.

Ölkəyə həmçinin 26 760,69 min dollar dəyərində 5 353,42 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub ki, bu göstərici üzrə həcm olaraq 30%, dəyərində isə 30,1% artım müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR