Bank Of Baku

Azərbaycana bu il 17 mln. dollardan çox humanitar yük idxal olunub

Azərbaycana bu il 17 mln. dollardan çox humanitar yük idxal olunub
# 14 may 2020 11:47 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana 17 440,74 min ABŞ dolları dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 17,6% çoxdur.

Məlumata əsasən, hesabat dövründə Azərbaycan 269,93 min dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım ixrac edib ki, bu da illik müqayisədə 2,5 dəfə azdır.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16,8% azalaraq 9 688,2 mln. ABŞ dolları təşkil edib. Bu müddətdə Azərbaycan xarici ölkələrə 6 306,4 mln. dollar dəyərində məhsul ixracı həyata keçirib, idxalın həcmi isə 3 381,8 mln. dollar olub. Nəticədə, 2 924,6 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR