Bu ilin mart ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 100,9%, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 123,8% təşkil edib.
"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2020-ci ilin yanvar-mart aylarında 2019-cu ilin yanvar-mart aylarına nisbətən isə 125,6% olub.
Məlumata əsasən, 2020-ci ilin mart ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 66,6%, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 61,1%, 2020-ci ilin yanvar-mart aylarında 2019-cu ilin eyni dövrünə nisbətən isə 88% təşkil edib.