Bank Of Baku

Azərbaycanda bu il hər bir ölkə sakini orta hesabla ərzaq məhsullarına ayda 163 manat xərcləyib

Azərbaycanda bu il hər bir ölkə sakini orta hesabla ərzaq məhsullarına ayda 163 manat xərcləyib
# 15 iyul 2020 18:50 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18 245,7 mln. manatlıq, o cümlədən 9 729,7 mln. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8 516,0 mln. manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk yarısında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,9%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1% artıb.

"Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 162,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,5 manatlıq qeyri-ərzaq malları alıb", - deyə komitədən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR