Bu ilin mart ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 53,9 mln. manat təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% azalma qeydə alınıb.
Ümumilikdə, cari ilin I rübündə Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 212 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 22,1% çoxdur.