Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bu ilin yanvar-mart ayları daşınmaz əmlakın icbari sığortası növü üzrə 17 845,3 min manat həcmində sığorta haqqı yığılıb.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 dəfə və ya 8 687,3 min manat çoxdur. Bu sığorta növü üzrə ödənişlər isə 27,9% artaraq 1 403,7 min manata çatıb.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası isə 4% azalaraq 19 372,9 min manat, ödəbişlər isə 19,6% artaraq 16 325,9 min mant olub.
Qeyd edək ki, həm könüllü, həm də icbari sığorta növləri üzrə məcmu yığımlar illik 19,7% artaraq 240 764,3 min manat, ödənişlər 66,7% artaraq 77 064,2 min manat təşkil edib.