Bu ilin iyun ayının 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 7 661,3 mln. manat təşkil edib.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ölkə əhalisinin banklardakı əmanətləri son bir ayda 96,7 mln. manat və ya 1,2% azalıb.
Ötən ilin eyni dövrünə nisbətən bu göstərici 961,6 mln. manat və ya 11,1% azalma deməkdir.