Bu ilin aprelin 1-nə Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi ötən ilin eyni dövrün göstəricisi ilə müqayisədə 1528,5 mln. manat və ya 28,1% artaraq 6960,8 mln. manata çatıb.
Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, ev təsərrüfatlarına kredit qoyuluşu aylıq müqayisədə 138,8 mln. manat və ya 1,9% azalıb.
İstehlak kreditləşməsinin iqtisadiyyata cəmi kredit qoyuluşunda xüsusi çəkisi isə 44,5% təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,7 faiz bəndi azdır, 2019-cu ilin eyni ayı ilə müqayisədə isə 3,5 faiz bəndi çoxdur.