Bank Of Baku

Azərbaycanda istehlak kreditləşməsi 32% artıb

Azərbaycanda istehlak kreditləşməsi 32% artıb
# 02 mart 2020 16:45 (UTC +04:00)

Bu ilin fevralın 1-nə Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi ötən ilin eyni dövrün göstəricisi ilə müqayisədə 1 698,7 mln. manat və ya 32% artaraq 7 005 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, ev təsərrüfatlarına kredit qoyuluşu aylıq müqayisədə 26,3 mln. manat və ya 0,4% artıb.

İstehlak kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 45,2% təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,4 faiz bəndi azdır, 2019-cu ilin eyni ayı ilə müqayisədə isə 4 faiz bəndi çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR