Bu ilin mayın 1-nə Azərbaycanda manatla pul bazası 10 065,7 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 1,2 mln. manat və ya 0,01% azalıb.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 570,6 mln. manat və ya 6% artıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.