Bu ilin martın 1-nə Azərbaycanda manatla pul bazası 12 112,3 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 568,99 mln. manat və ya 5% artıb.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 3 098,2 mln. manat və ya 34,4% artıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.