Bank Of Baku

Azərbaycanda nağdsız ödənişlərin həcmi 42% artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi 42% artıb
# 05 mart 2020 16:32 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycanda bank kartları ilə 412 mln. manat həcmində nağdsız ödəniş əməliyyatı həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə nağdsız ödənişlərin həcminin 42%-dək artım deməkdir. 2019-cu ilin dekabr ayı ilə müqayisədə isə nağdsız ödənişlərin həcmində isə 20%-dək azalma müşahidə olunub.

Məlumata əsasən, yanvar ayı ərzində həyata keçirilən nağdsız  ödənişlərin 19 mln. manatı ATM, 134 mln. manatı POS-terminallar və 259 mln. manatı elektron ticarət üzərindən həyata keçirilib.

Qeyd edək ki, AMB-nin məlumatına əsasən, 1 fevral 2020-ci il tarixinə cəmi 7 713 min bank kartı dövriyyədə olub. Dövriyyədə olan ödəniş kartlarının 2 707 mini sosial, 2 355 mini əmək haqqı, 829 mini kredit kartlarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR