Bank Of Baku

Azərbaycanda neft ÜDM-i 2,1% azalıb

Azərbaycanda neft ÜDM-i 2,1% azalıb
# 13 mart 2020 12:11 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8% artaraq 12 578,0 mln. manat təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 6,7% artıb, neft-qaz sektorunda isə 2,1% azalıb.

Hesabat dövründə ÜDM istehsalının 43,6%-i sənaye, 9,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 4,7%-i tikinti, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2%-i informasiya və rabitə sahələrinin, 18,6%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1%-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1,9% artaraq 1 263,7 manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR