2019-cu ildə Azərbaycana yaşı 100 ildən yuxarı olan 80,75 min manatlıq əntiq əşyalar idxal olunub ki, bu da 2018-ci il ilə müqayisədə 0,2% azdır.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, miqdar nisbətində bu fərq daha böyük olub. Belə ki, ötən il ərzində 355 kq yaşı 100 ildən yuxarı olan əntiq əşyalar idxal olunub ki, bu da 2018-ci il ilə müqayisədə 65,1% azdır.