Bank Of Baku

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 1,9% azalıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 1,9% azalıb
# 16 iyul 2020 12:30 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18 245,7 mln. manatlıq, o cümlədən 9 729,7 mln. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8 516,0 mln. manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,9%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9% azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1% artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,0 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 162,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,5 manatlıq qeyri-ərzaq malları alıb.

Cari ilin birinci yarısında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,3%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5%-i elektrik malları və mebellərin, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 1,7%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR