Bank Of Baku

Azərbaycanda pul kütləsi son bir ildə 20%-dən çox artıb

Azərbaycanda pul kütləsi son bir ildə 20%-dən çox artıb
# 28 fevral 2020 14:30 (UTC +04:00)

Bu ilin fevralın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 28 530,4 mln. manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 335,9 mln. manat və ya 1,2% azdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4 851,2 mln. manat və ya 20,5% artıb.

2020-ci ilin fevralın 1-nə manatla geniş pul kütləsinin həcmi 17 946,1 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 292,5 mln. manat və ya 1,6% azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə 3 984,4 mln. manat və ya 28,5% artıb.

Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR