Bu ilin aprel ayının 1-nə Azərbaycanda inşaat və tikinti sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni vaxtı ilə müqayisədə 98,2 mln. manat və ya 26,5% artaraq 468,4 mln. manata çatıb.
Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, inşaat və tikinti sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 3,8 mln. manat və ya 1% artıb.
Sözügedən sektorunun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 3% təşkil edib. İllik müqayisədə bu göstərici 0,2 faiz bəndi az olsa da, aylıq müqayisədə dəyişməz qalıb.