Bank Of Baku

Azərbaycanda yanvar-fevralda inflyasiya 2,8% olub

Azərbaycanda yanvar-fevralda inflyasiya 2,8% olub
# 11 mart 2020 09:24 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 102,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9%, qeyri-ərzaq məhsulları üzrə 101,1%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,4% təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7%, əvvəlki ilin fevral ayına nisbətən 102,9% olub.

Qeyd edək ki, ötən il Azərbaycanda inflyasiya səviyyəsi 2,6% təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR