Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə keçirilmiş valyuta hərracındakı tələb sonuncu dəfə martın 13-də keçirilmiş hərracın tələbi ilə müqayisədə 5,7% azalaraq 250,3 mln. ABŞ dolları təşkil edib.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı həmçinin bankların nağd valyutaya olan tələbləri də tam təmin olunub.
Qeyd edək ki, son beş valyuta hərracında AMB banklara 1,214 mlrd. dollar dəyərində valyuta satıb.