Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın Qazaxıstan ilə apardığı ticarət mübadiləsinin həcmi 44 034,9 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 80 554,6 min dollar və ya 2,8 dəfə azdır.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk beş ayında Azərbaycandan Qazaxıstana ixracın həcmi 12 643,4 min dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2 755,3 min dollar və ya 27,9% çoxdur.
İdxalın həcmi isə 31 391,6 min dollara bərabər olub ki, bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 83 309,8 min dollar və ya 3,6 dəfə azalıb.
Nəticədə, hesabat dövründə 18 748,2 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 86 065,1 min dollar və ya 5,6 dəfə azdır.
YENİLƏNİB'>