Azərbaycan bank sektorunun cəmi aktivləri ilin əvvəlindən 4,5% azalaraq cari il iyunun 30-na 30 541 mln. manat təşkil edib. Son bir ildə isə bankların aktivləri 1,9% artıb.
Bu barədə "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Qeyd olunub ki, bu müddətdə müştərilərə verilən kreditlərin həcmi isə son bir ildə 7,8% artaraq 14 169,8 mln. manata çatıb.
Bu müddətdə bank sektorunun cəmi öhdəlikləri 2,2% artaraq cari il iyunun 30 25 938,4 mln. manat təşkil edib. Öhdəliklərin 19 381,7 mln. manatını depozitlər (maliyyə institutları istisna olmaqla) əhatə edib.
Bildirək ki, depozitlərin 7 592,3 mln. manatı fiziki şəxslərin depozitlərinin payına düşüb.
AMB-nin banklara qarşı tələbləri ilin əvvəlindəki 326,1 mln. manatdan iyunun 30-na 382,4 mln. manata qalxıb.
Məlumata əsasən, cari il iyunun 30-na bank sektorunun cəmi kapitalı 4 602,6 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 13% çoxdur.