Asiya İnkişaf Bankı (AİB) 2021-ci ildə Azərbaycanın cari əməliyyatlar balansının ÜDM-ə nisbətinin 6,3%-dək artacağını proqnozlaşdırır.
"APA-Economics"in AİB-in yeni dərc olunmuş "Asian Development Outlook (ADO) 2020" adlı hesabatına istinadən verdiyi məlumata görə, bu il bu göstəricinin ÜDM-ə nisbətinin 4,4% təşkil edəcəyi gözlənilir. Qeyd edək ki, ötən il ölkənin cari əməliyyatlar balansının ÜDM-ə nisbəti 7,3%-ə bərabər olub.
Bundan əlavə, bankın proqnozlarına görə, bu il COVID-19 virusunun pandemiyası ilə əlaqədar Azərbaycanda idxalın həcmi 37,8%, o cümlədən Çindən 10% azalacaq. Lakin AİB Çindən idxalın 2021-ci ildə bərpa olunacağını və 23,5% artacağını gözləyir.