Bakı Fond Birjası (BFB) bu ilin yanvar-fevral ayları ərzində birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
"APA-Economics"in BFB-yə istinadən verdiyi xəbərə görə, renkinqə 940 804 615 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC başçılıq edir. İlk üçlükdə həmçinin 342 643 760 manatla "AzFinance" və 113 187 351 manatla " Unicapital" şirkətləri yer alıb.
Azərbaycanın investisiya şirkətlərinin birja dövriyyəsi üzrə renkinqi:
|
# |
İnvestisiya şirkətləri |
Əməliyyatların həcmi, AZN |
|
1 |
PAŞA Kapital |
940 804 615 |
|
2 |
AzFinance |
342 643 760 |
|
3 |
Unicapital |
113 187 351 |
|
4 |
İnvest-Az |
55 821 594 |
|
5 |
BTB Kapital |
47 363 569 |
|
6 |
Xalq Kapital |
26 159 539 |
|
7 |
PSG Kapital |
17 792 206 |