Azərbaycanın iqtisadi rayonlarında bu ilin yanvar ayı üzrə illik inflyasiya səviyyəsi açıqlanıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ən yüksək illik inflyasiya Quba-Xaçmaz (4,5%), ən aşağı inflyasiya isə Naxçıvan iqtisadi rayonunda (3,1%) qeydə alınıb.
Qeyd edək ki, 2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 102,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6%, qeyri-ərzaq malları üzrə 101,1%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 101,5% təşkil edib.
Azərbaycan iqtisadi rayonlarının istehlak qiymətləri indeksi:
№ |
İqtisadi rayonlar |
2020-ci ilin yanvar ayı 2019-cu ilin yanvar ayına nisbətən, % |
1 |
Quba-Xaçmaz |
104,5 |
2 |
Yuxarı Qarabağ |
104,3 |
3 |
Lənkəran |
104,1 |
4 |
Aran |
103,9 |
5 |
Gəncə-Qazax |
103,9 |
6 |
Şəki-Zaqatala |
103,8 |
7 |
Abşeron |
103,6 |
8 |
Dağlı Şirvan |
103,5 |
9 |
Naxçıvan |
103,1 |