Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 17,8 mlrd. manat olmaqla 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,2% azalıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 5% azalaraq 17,1 mlrd. manata bərabər olub, onun 47,5%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 356,9 manat və ya 2019-cu ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 11,4 manat az vəsait xərcləyib.
YENİLƏNİB'>